Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər

IV Beynəlxalq Elmi-Praktik Konfrans

Satellit Simpozium: “Səhiyyə və Texnologiyaların Gələcəyini Formalaşdıran İntellektual İnnovasiyalar”

21-22 May 2026, Bakı, Azərbaycan

22 May 2026, Bakı, Azərbaycan

Azərbaycanın aerokosmik sənayesində elmi-texnoloji tərəqqinin təşviqi və gənclərin bu sahədə tədqiqat fəaliyyətinə dəstək məqsədilə təşkil edilən “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Beynəlxalq Elmi-Praktik konfrans ilk dəfə 2023-cü ildə keçirilmişdir. Mütəmadi olaraq təşkil olunan bu tədbir 2026-cı ildə artıq dördüncü dəfə baş tutacaqdır.

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans 21–22 may 2026-cı il tarixlərində keçiriləcəkdir. Konfrans süni intellekt texnologiyalarının aerokosmik sahədə tətbiqi ilə bağlı müasir çağırışlara, həmçinin bu problemlərin həllində gənc tədqiqatçıların yaradıcı potensialının üzə çıxarılmasına həsr olunacaq.

Konfransın əsas məqsədi yerli və beynəlxalq alimləri, sənaye mütəxəssislərini və gənc tədqiqatçıları bir araya gətirərək, yeni elmi yanaşmaların, tədqiqat nəticələrinin və innovativ texnologiyaların müzakirə olunduğu akademik platforma yaratmaqdır.

Tədbir çərçivəsində plenar iclaslar və paralel bölmələr təşkil olunacaq, həmçinin dəyirmi masalar və ustad dərsləri keçiriləcəkdir. Konfransda məruzələr Azərbaycan, rus və ya ingilis dillərində təqdim oluna bilər.

Konfrans Azərbaycan Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə hibrid (onlayn və oflayn) formatda keçiriləcəkdir.

Təsisçilər

Bizə yazın

a man riding a skateboard down the side of a ramp
a man riding a skateboard down the side of a ramp

Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

+994 55 493 26 76

departmentai83@icaiap.com

Əlaqə