
Məqalə göndər
Konfransda iştirak üçün təqdim edilən məruzələrin tam mətnləri (məqalələr) Azərbaycan, İngilis və ya Rus dillərində müvafiq nümunəyə (şablon) uyğun olaraq tərtib edilməli və elektron forma üzərindən təqdim edilməlidir. Yalnız konfransın bölmələrinə uyğun məqalələr qəbul olunacaqdır.
Konfrans plenar məruzələrdən və paralel bölmələrdən ibarət olacaqdır. Konfrans çərçivəsində dəyirmi masalar və ustad dərsləri də nəzərdə tutulub. Konfrans Azərbaycan Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə hibrid (onlayn və oflayn) formatda keçiriləcəkdir.
MATERİALLARIN TƏRKİBİNƏ VƏ DİZAYNINA TƏLƏBLƏR
Mətn Azərbaycan, rus və ingilis dillərində, A4 formatında 5 səhifəyə qədər, sətirlərarası interval 1.0, şrift 12, Times New Roman, bütün haşiyələr – 2 sm-lə təqdim edilə bilər. Materiallar elektron poçtla qəbul olunur. Məruzələrin mətnlərində aşağıdakı bölmələr olmalıdır: a) Başlıq (böyük hərflərlə); b) bütün müəlliflərin soyadları və inisialları); c) Müəssisə, şəhər, e-mail, əsas məruzəçinin şəkli (rəng, 3x4 sm ölçüdə); d) Məqalənin mətni; e) İstifadə olunmuş ədəbiyyatın siyahısı; f) Annotasiya.
Rus və Azərbaycan dillərində olan məruzələr üçün əlavə olaraq məqalənin adı, müəlliflərin tam adı və ingilis dilində qısa (250-300 söz) annotasiya təqdim edilməlidir. İngilis dilində məruzələr üçün isə Azərbaycan dilində annotasiya təqdim edilməlidir.
Konfransın yekunu olaraq materiallar toplusu nəşr olunacaqdır.
Materiallar toplusunda “süni intellekt və aerokosmik tədqiqatlar” sahəsində başqa jurnallarda və kitablarda dərc olunmaq üçün təqdim edilməmiş, əvvəllər nəşr olunmamış (referatlar istisna olmaqla) orijinal məqalələr dərc olunacaqdır.
Konfransda iştirak ödənişsizdir!
Qeydiyyat və məqalənin göndərilməsi
Tam mətn nümunələri
© Copyright 2025 February Readings. All Rights Reserved.