Simpozium

"Ağıllı İnnovasiya – Səhiyyə və Texnologiyanın Gələcəyinin Formalaşdırılması" Beynəlxalq Simpoziumuna xoş gəlmisiniz!

Simpozium, insan mərkəzli süni intellekt (sistemləri) və texnoloji transformasiya ilə mürəkkəb əməliyyat mühitlərində insanın davamlılığını və adaptiv qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş ağıllı texnologiyaların inkişafı və tətbiqi sahəsində strateji istiqamətlərin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

Bu simpozium ölkəmizin elmi mühitində aparıcı mütəxəssisləri, tədqiqatçıları və gənc alimləri bir araya gətirərək müxtəlif sahələr üzrə aktual mövzuları müzakirə etməyi hədəfləyir. Tədbir çərçivəsində elmi panellər, məruzələr və müzakirələr keçiriləcək.

   İştirak Formatları:
   •  Plenar və seksiyalı iclaslar
   •  Poster sessiyası
   •  Dəyirmi masa müzakirəsi

Simpozium haqqında tam proqram, iştirak şərtləri və qeydiyyat məlumatları ilə aşağıdakı bölmələrdə tanış ola bilərsiniz.

Simpoziumun mövzuları aşağıdakılarla məhdudlaşmamaqla, bu sahələri əhatə edir:

• Süni İntellektin və Adaptiv Ağıllı Texnologiyaların Fizioloji Əsasları
• Kosmos və Biotibbi Mühəndislikdə Süni İntellekt Texnologiyaları
• Neuroerqonomika, Koqnitiv Gücləndirmə və Ağıllı Öyrənmə Sistemləri
• Sİ əsaslı Prediktiv və Diaqnostik Sistemlər, Translyasion Bioinformatika və Rəqəmsal Biomarkerlər
• Ekstremal Mühitlərdə Real Vaxtlı Neyroadaptiv Monitorinq
• Biomimetika, Ağıllı Materiallar və Bioilhamlı Robototexnika
• Biotibbdə Koqnitiv Sİ-nin Etik, Normativ və Sosial Ölçüləri
• Kvant Biofizikası və Tibbdə Kvant-İlhamlı Texnologiyalar
• Ağıllı Farmakologiya və Bioilhamlı Dərman Dizaynı
• Yeni Yaranan Ekoloji Böhranlar üçün Ssenari Modelləşdirmə

Simpoziumun yekunu olaraq materiallar toplusu nəşr olunacaqdır. Materiallar toplusunda “Süni intellekt və aerokosmik tədqiqatlar” sahəsində başqa jurnallarda və kitablarda dərc olunmaq üçün təqdim edilməmiş, əvvəllər nəşr olunmamış (referatlar istisna olmaqla) orijinal məqalələr dərc olunacaqdır.

professor Kamal Əsgərov

Konfransın həmsədri

TƏŞKİLAT KOMİTƏSİ

PROQRAM KOMİTƏSİ

ELM KOMİTƏSİ

BEYNƏLXALQ KOMİTƏ

Elnur Əsədov

Turanə Binnətəliyeva

Solmaz Ashirova

Namiq Hüseynov

Təbriz Osmanlı

Aydın Musayev

Əli Allahverdiyev

Kərim Allahverdiyev

Rasim Nəbiyev

Əli Quliyev

Rafael İbrahimov

Anar Rüstəmov (Almaniya)

Fuad Ələsgərov (Rusiya)

Kayrat Koşekov (Qazaxıstan)

Xəlil Kələntər (Yaponiya)

Məsud Əfəndiyev (Almaniya)

Əli İsmayılzadə (Fransa)

KATİBLƏR:

Təbriz Osmanlı (tosmanli@naa.edu.az)

+994 55 493 26 76

Elnur Əsədov (elnur.asadov@naa.edu.az)

+994 51 430 79 69

KONFRANSIN MƏSUL KATİBİ:

Fuad Dadaşov (fdadashov@naa.edu.az)

+994 55 868 51 62

Konfransın həmsədri

professor Ulduz Həşimova

Məqaləni tərtib etmə qaydaları

Müəlliflər simpozium mövzularına dair orijinal tədqiqat məqalələrini təqdim etməyə dəvət olunurlar.

Orijinal tədqiqat məqalələri və ya xülasələri IMRAD strukturuna (Giriş – Metodlar – Nəticələr – və Müzakirə) uyğun olmalı və 250–300 söz ilə məhdudlaşmalıdır.

Perspektiv məqalələr (konseptual baxışlar, metodoloji yanaşmalar və ya yeni istiqamətlər) isə IMRAD olmayan məntiqi struktura əsaslanmalı, kontekst, konseptual əsaslandırma, analitik fokus və gələcək perspektivləri əhatə etməli və 500 sözə qədər genişləndirilə bilər.

Bütün təqdimatlar ingilis dilində, orijinal və heç bir yerdə dərc olunmamış işləri əhatə etməli, araşdırmanın yeniliyini, aktuallığını və gözlənilən təsirini aydın şəkildə göstərməlidir.

Bütün iştirakçı materialları Təşkilat Komitəsinə aşağıdakı elektron poçt vasitəsilə göndərilməlidir:
tosmanli@naa.edu.az

Simpozium və iştirak qaydaları ilə bağlı bütün zəruri məlumatları rəsmi veb-saytın “https://icaiap.com/simpozium” bölməsində tapa bilərsiniz.

Simpoziumun təşkili və keçirilməsi ilə bağlı bütün suallar üçün Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərsiniz:
Telefon: +994 55 493 26 76
E-poçt: tosmani@naa.edu.az
Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

+994 55 493 26 76

departmentai83@icaiap.com

Əlaqə